Nənəsini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Nənəsini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
# 30 iyul 2022 08:27 (UTC +04:00)

Bakıda 69 yaşlı nənəsini qətlə yetirməkdə ittiham olunan Murad İmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, hadisə bu il aprel ayında Bakının Suraxanı rayonunda qeydə alınıb.

Rəsmi məlumata görə, aprelin 11-də rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil oub.

Aparılan araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR