Nəsimi rayonunda zəncirvari qəza baş verib, yaralılar var - FOTO

Nəsimi rayonunda zəncirvari qəza baş verib, yaralılar var  - FOTO
# 08 noyabr 2022 02:24 (UTC +04:00)

Nəsim rayonunda zəncirvari yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Xan Şuşinski və Vaqif küçələrinin kəsişməsində qeydə alınıb.

Qəza "Nissan", "Renault" və "Kia" markalı avtomobillərinin iştirakı ilə baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılara təcili yardım avtomobilində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR