Oğuzda evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Oğuzda evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
# 15 noyabr 2022 10:08 (UTC +04:00)

Oğuzda evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Oğuz rayonunun Muxas kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli evin 1 otağında 2 m² sahədə döşəmə və 1 ədəd yataq dəsti yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR