Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 12 yanvar 2023 13:02 (UTC +04:00)

Oğuzda iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gönorta saatlarında Oğuz şəhər ərazisində baş verib.

“VAZ-2107” və “Kia” markalı avtomobillər toqquşub. Qəza zamanı "VAZ-2107" markalı avtomobildə olan iki nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR