Oğuzda minik avtomobilləri toqquşub, sürücülərdən biri ölüb - FOTO

Oğuzda minik avtomobilləri toqquşub, sürücülərdən biri ölüb - FOTO
# 10 sentyabr 2022 12:24 (UTC +04:00)

Oğuzda iki minik avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb.

APA-nın Şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun Bucaq kəndi ərazisində baş verib.

99 UB 305 nömrəli “Ford Tranzit” markalı avtomobillə 09 BP 419 nömrəli “2107” markalı avtomobil toqquşub.

Hadisə zamanı “2107”nin sürücüsü 1986-cı il təvəllüdlü Xocalı rayon sakini Quliyev Rəhim Cəlal oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR