Oktyabrda dövlət sərhədində axtarışda оlan 238 nəfər tutulub

Oktyabrda dövlət sərhədində axtarışda оlan 238 nəfər tutulub
# 01 noyabr 2022 11:28 (UTC +04:00)

Oktyabr ayı ərzində qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 41 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 845 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 238 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib, ölkədən çıxışı qadağan olan 357 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 27 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR