Ordubadda iki maşın toqquşub, xəsarət alan var

Ordubadda iki maşın toqquşub, xəsarət alan var
# 25 yanvar 2023 18:42 (UTC +04:00)

Ordubad rayonunda yol qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, rayonun Kotam kəndi ərazisində 69-BB-442 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobillə 69-BC-192 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı maşın toqquşub.

“VAZ-2107” markalı avtomobilin sürücüsü Samir Seyidzadə bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR