Ötən gün 9 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Ötən gün 9 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
# 03 dekabr 2021 10:30 (UTC +04:00)

Dekabrın 2-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR