Ötən gün polislər tərəfindən 38 kq-dan artıq narkotik aşkar olunaraq götürülüb

Ötən gün polislər tərəfindən 38 kq-dan artıq narkotik aşkar olunaraq götürülüb
# 21 yanvar 2023 10:44 (UTC +04:00)

Polis əməkdaşlarının yanvarın 20-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, qeyri-leqal dövriyyədən çıxarılan narkotik vasitələr – 30,2 kiloqrama yaxın heroin, 7,3 kiloqramdan artıq marixuana, 920 qram tiryək, həmçinin 810 qramdan çox metamfetamin və 400 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR