Ötən il 13 mediatorun fəaliyyəti 6 aylıq dayandırılıb

Ötən il 13 mediatorun fəaliyyəti 6 aylıq dayandırılıb
# 02 fevral 2023 17:22 (UTC +04:00)

Ötən il 13 mediatorun 6 ay müddətinə fəaliyyəti dayandırılıb.

Bu barədə APA-ya Mediasiya Şurasından məlumat verilib.

2 nəfərin fəaliyyətinin 3 ay müddətinə dayandırıldığı bildirilib: “23 mediator töhmət intizam məsuliyyətinə, 11 nəfər xəbərdarlıq intizam məsuliyyətinə cəlb edilib”.

Qeyd olunub ki, 43 nəfər mediatorun əməlində pozuntu aşkar edilmədiyindən onlar barəsində işə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR