Partlayışda xəsarət alan şəxs vəfat edib

Partlayışda xəsarət alan şəxs vəfat edib
# 14 oktyabr 2022 20:55 (UTC +04:00)

Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində müalicəsi aparılan 2001-ci il təvəllüdlü Toğrul Əliyev 13.10.2022-ci il saat 01:20 radələrində dünyasını dəyişib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edək ki, T.Əliyev 09.10.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralanmışdı. Pasiyentə bədənin 90-95 % yanığı və tənəffüs yollarının III- IV dərəcəli termiki yanığı diaqnozu qoyulmuş, vəziyyəti ağır qiymətləndirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR