Paytaxın mərkəzi küçəsində piyadanı avtomobil vurub

Paytaxın mərkəzi küçəsində piyadanı avtomobil vurub
# 26 noyabr 2022 20:56 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə 28 May və Puşkin küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Məmmədov Vəhab Nəbi oğlu yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçib.

Bu zaman onu minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərə görə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR