Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb
# 19 may 2022 09:53 (UTC +04:00)

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 17-də saat 23 radələrində Salyan şossesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR