Polad Bülbüloğlu avtomobil qəzası törətməsi barədə xəbərləri təkzib edib - YENİLƏNİB - FOTO - VİDEO

Polad Bülbüloğlunun idarə etdiyi avtomobil

© APA | Polad Bülbüloğlunun idarə etdiyi avtomobil

# 25 aprel 2022 17:57 (UTC +04:00)

“Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını vurması barədə xəbərlərlə bağlı deyib.

Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib: “Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”.

***

16.57

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.

APA xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda, Xəqani küçəsində qeydə alınıb.

Polad Bülbüloğlunun idarə etdiyi BMW markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşına arxadan toxunub.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinə sürücülər tərəfindən məlumat daxil olmayıb:

“Hadisə ilə bağlı deyə bilərəm ki, avtomobillərə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşaraq çıxıb gediblər. İnzibati xəta tərkibi yaradan hal isə bu vəziyyətdə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) pozulmasıdır. Maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, əlavə qanun pozuntusundan söhbət gedə bilməz”.

Qeyd edək ki, qəza ilə bağlı ilk xəbəri oxu.az saytı yayıb.

© APA | Polad Bülbüloğlunun idarə etdiyi avtomobil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR