Prokuror Rafael Cəbrayılovun cinayət işinə xitam verilməsini istəyib

Rafael Cəbrayılov

© APA | Rafael Cəbrayılov

# 12 may 2022 16:11 (UTC +04:00)

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı məhkəmədə çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsə verilən ittihamların təsdiq edildiyini bildirərək, R. Cəbrayılovun verilmiş maddələr üzrə təqsirli olduğunu deyib. Dövlət ittihamçısı qeyd edib ki, R. Cəbrayılov vəfat etdiyi üçün ona cəza təyin olunmamalı, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.

Proses mayın 26-da davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib. İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR