Prokuror tanışının evini ələ keçirən şəxsə 8 il 6 ay cəza istəyib

Prokuror tanışının evini ələ keçirən şəxsə 8 il 6 ay cəza istəyib
# 18 iyul 2019 12:34 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək M. Niftəliyevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası iyulun 25-də davam etdiriləcək.

Qeyd edək ki, M. Niftəliyev tanışı Vidadi Sultanova qarşı dələduzluq edib. Onun bağ evini və yaşayış binasında olan mənzilini satmaq adı ilə ələ keçirib. Bununla da M. Niftəliyevə 450 min manat zərər vurub. Barəsində həbs qətimkan tədbiri seçilməyən M. Niftəliyev son məhkəmə proseslərində iştirak etmirdi. Bu səbəbdən may ayında onun barəsində axtarış elan edilib. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M. Niftəliyevi saxlayaraq aidiyyəti üzrə təhvil verib və onun barəsində həbs qətimkan tədbiri seçilib. M. Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR