Prokurorluq: Ağstafada 14 yaşlı yeniyetməni öldürməkdə şübhəli bilinən şəxsə cinayət işi açılıb

Prokurorluq: Ağstafada 14 yaşlı yeniyetməni öldürməkdə şübhəli bilinən şəxsə cinayət işi açılıb
# 30 mart 2023 08:21 (UTC +04:00)

Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Rayon Prokurorluğundan məlumat verilib.

İstintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR