Qanunsuz silahlı birləşmələrin tərkibində vuruşan azərbaycanlının istintaqı başa çatıb

Qanunsuz silahlı birləşmələrin tərkibində vuruşan azərbaycanlının istintaqı başa çatıb
# 27 aprel 2022 08:51 (UTC +04:00)

Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Elxan Novruzbəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, DTX tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Novruzbəyov Elxan Əmənulla oğlunu ölkəni tərk edib əvvəlcə İranın Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

İstintaq müddətində məlum olub ki, E.Novruzbəyov Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olub.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR