Qaradağda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Qaradağda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 26 mart 2023 08:10 (UTC +04:00)

Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saaxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini, 1989-cü il təvəllüdlü Şahin Ehtibar oğlu Quliyev tutularaq istintaqa təhvil verilib.

***

20.47

Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR