Qaxda bədbəxt hadisə baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əmbərçay kənd inzibati ərazisində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Nemət Sadiq oğlu Əhmədov at arabası ilə hərəkətdə olarkən araba aşıb. Arabanın altında qalaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan N. Əhmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.