Qaxda avtomobil aşıb, xəsarət alanlar var - FOTO

Qaxda avtomobil aşıb, xəsarət alanlar var - FOTO
# 01 avqust 2022 18:22 (UTC +04:00)

Qaxda yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun xəbərinə görə, hadisə Şəki-Qax yolunun 29-cu kilometrliyində qeydə alınıb. Qax rayonunun Cüdüllü kənd sakini, 1995-ci il təvəllüdlü Qurbanov Təbriz Araz oğlunun idarə etdiyi minik avtomobili yoldan çıxaraq telefon dirəyinə dəyib, daha sonra aşıb. Nəticədə sürücü və avtomobildə olan bir qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıbar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR