Qaxda hamilə qadın naməlum şəraitdə xəsarət alıb

Qaxda hamilə qadın naməlum şəraitdə xəsarət alıb
# 17 avqust 2019 08:23 (UTC +04:00)

Qaxda hamilə qadın özünə xəsarət yetirib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Turaclı kənd sakini, 1988-ci il təvəllüdlü Aynur Siyafət qızı Vəliyeva koma vəziyyətində Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. A.Vəliyevanın yaxınları qadının özü-özünə xəsarət yetirdiyini bildiriblər.

A.Vəliyevaya başın və sifətin kəsilmiş-çırılmış yaraları və boyun nahiyəsində yumşaq toxumaların əziyi diaqnozu qoyulub. A.Vəliyevanın üç aylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR