Qazaxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Arzuman Hacıyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni onun həmyerlisi, Çaylı kənd sakini, 1996-cı il təvəllüdlü Məmməd Musayevin törətdiyi müəyyən edilib. O, polis əməkdaşları tərəfindən saxlanıb. M. Musayev ilkin ifadəsində hadisəni törədiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.