Qazaxda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb

Qazaxda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb
# 14 oktyabr 2019 14:54 (UTC +04:00)

Qazaxda yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, minik avtomobilinin aşması nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

Qəza nəticəsində xəsarət alanlar - 2011-ci il təvəllüdlü Əliyeva Tamara Yaşar qızı, 2016-cı il təvəllüdlü Əliyeva Aysu Yaşar qızı, 1988-ci il təvəllüdlü Əliyeva Aytən Məhərrəm qızı və Əliyev Yaşar Həmid oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR