Qazaxda baş vermiş qəzada biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb

Qazaxda baş vermiş qəzada biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb
  • Clock-gray 22:52
  • calendar-gray 23 Oktyabr 2019

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Belə ki, iki minik maşınının toqquşması nəticəsində 3 nəfər - 1990-cı il təvəllüdlü Zülfiqarov Natiq Nəbi oğlu, 2016-cı il təvəllüdlü Zülfiqarova Səma Natiq qızı və 1993-cü il təvəllüdlü Musayev Rüfət Yaşar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta ağır olaraq qalır.

Qəzaya səbəb kimi avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməmısi göstərilir. Faklta bağlı araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date