Qazaxda kişi keçmiş arvadına xəsarət yetirib - YENİLƏNİB

Qazaxda kişi keçmiş arvadına xəsarət yetirib  - YENİLƏNİB
# 20 iyul 2022 04:18 (UTC +04:00)

Qazaxda balta ilə xəsarət yetirilən qadının kimliyi məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, Qarapapaq kənd sakini, 1981-ci il təvəllüdlü Xasməmmədov Eldəniz münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Onlar bir müddət əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verib.

Hadisə azyaşlı uşağın gözü qarşısında olub.

Faktla bağlı araşdırma aparılır.

***

04.00

Qazaxda kişi keçmiş həyat yoldaşına balta ilə xəsarət yetirib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Kənd sakini qısqanclıq zəminində həyat yoldaşını balta ilə vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR