Qəbələdə 49 yaşlı qadını maşın vurub

Qəbələdə 49 yaşlı qadını maşın vurub
# 17 yanvar 2023 18:43 (UTC +04:00)

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Qəbələ şəhərində, Qəbələ-Şəki yolunda qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçən 1974-cü il təvəllüdlü Gülbahar Quliyevanı vurub. Qadın müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR