Qəbələdə iki maşın toqquşub, 72 yaşlı qadın xəsarət alıb

Qəbələdə iki maşın toqquşub, 72 yaşlı qadın xəsarət alıb
# 27 yanvar 2023 18:05 (UTC +04:00)

Qəbələdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nin Şirvan bürosunun xəbərinə görə, “VAZ-2106” markalı avtomobil “Lada-Priora” markalı maşınla toqquşub.

Hadisə nəticəsində Qəbələ rayonunun Böyük Pirəli kənd sakini, 1951-ci il təvəllüdlü Qəribova Sahibə Vahid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR