Qəbələdə yanğın nəzarət altına alınıb, soyutma işləri davam etdirilir - VİDEO

Qəbələdə yanğın nəzarət altına alınıb, soyutma işləri davam etdirilir - VİDEO
# 16 avqust 2022 12:40 (UTC +04:00)

Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermis yanğınlar ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi ilə bağlı müraciətində deyilir. Qeyd olunub ki, hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR