Qobustanda avtomobilin körpüdən aşması nəticəsində ölən sürücünün adı məlum olub - FOTO - YENİLƏNİB

Qobustanda avtomobilin körpüdən aşması nəticəsində ölən sürücünün adı məlum olub - FOTO - YENİLƏNİB
# 15 sentyabr 2019 23:14 (UTC +04:00)

Qobustan rayonunda avtoqəza zamanı ölən sürücünün adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu, Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Əliyev Arif Mustafa oğludur.

Onun idarə etdiyi "Toyota" markalı avtomobil körpüdən aşıb və sürücü hadisə yerində keçinib.

***

Saat 22:24

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 22:00 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb.

"Toyota" markalı minik avtomobili yoldan çıxıb və körpüdən aşıb. Nəticədə sürücü avtomobilin altına düşərək dünyasını dəyişib, sərnişini isə ağır xəsarət alıb. Hadisə yenicə baş verdiyi üçün ölən və yaralının adı hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR