Qubada kişi keçmiş arvadını öldürüb, sonra intihar edib - YENİLƏNİB - VİDEO

Qubada kişi keçmiş arvadını öldürüb, sonra intihar edib - YENİLƏNİB  - VİDEO
# 19 aprel 2022 15:31 (UTC +04:00)

Prokurorluq Qubada kişinin keçmiş arvadını öldürməsi, sonra intihar etməsi barədə məlumat yayıb.

APA-nın xəbərinə görə, Quba rayon prokurorluğunun məlumatında bildirilib ki, aprelin 19-u saat 13 radələrində Quba rayonu, Bərqov kənd sakinləri - 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla İlham Xudamovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla keçmiş arvadı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

***

14.34

Qubada qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını bıçaqla qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.

Onların birgə nikahdan 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR