Qusarda ağacdan ərik yığan qız kanala düşərək boğulub

Qusarda ağacdan ərik yığan qız kanala düşərək boğulub
# 22 iyul 2022 10:30 (UTC +04:00)

Qusarda qız kanala düşüb.

APA xəbər verir ki, hadisə rayonun Balaqusar kəndində qeydə alınıb.

Kənd sakini Qızxanım Əmiraslanova evlərinin qarşısından keçən kanalın yaxınlığındakı ağacdan ərik yığarkən kanala düşüb.

Onun meyiti evlərindən 400 metr aralıda aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR