Saatlı sakini qardaşını qətlə yetirib - YENİLƏNİB

Saatlı sakini qardaşını qətlə yetirib - YENİLƏNİB
# 28 dekabr 2021 16:39 (UTC +04:00)

Saatlı rayonunda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır xəsarətlər alan 1961-ci il təvəllüdlü Əliyev Əbdülrəhman Səttar oğlu Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat zamanı keçinib.

Qardaşını və onun arvadı Əliyeva Arzu Sədaqət qızını bıçaqlayan Arif Əliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

16.29

Saatlıda bıçaqlanna hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Qıraqlı kəndində qeydə alınıb.

Rayonun Qıraqlı kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Arif Səttar oğlu qardaşı - Qıraqlı kənd sakini, 1961-ci il Əliyev Əbdülrəhman Səttar oğlunu və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Əliyeva Arzu Sədaqət qızını bıçaqlayıb. Hər iki şəxs ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ə. Əliyev əməliyyata götürülüb.

Faktla bağlı Saatlı Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR