Saatlıda Araz çayında boğulanların meyitləri tapılıb - YENİLƏNİB-1

Saatlıda Araz çayında boğulanların meyitləri tapılıb  - YENİLƏNİB-1
# 19 avqust 2022 21:40 (UTC +04:00)

Arazda boğulan şəxslərin meyitləri tapılıb.

APA-nın xəbərinə görə, Saatlıda Araz çayında boğulan şəxslərin meyitləri tapılaraq aidiyyatı üzrə təhvil verilib.

***

20.27

Araz çayında boğulanların şəxsiyyəti müəyyən edilib.

APA xəbər verir ki, saat 18.45 radələrində Saatlı rayon Qıraqlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Aslanov Süphan Nərçi oğlu və onun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Aslanov Əkrəm Taleh oğlu balıq tutarkən çayda boğulublar.

***

20.16

Saatlıda 2 nəfər Araz çayında boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Araz çayında baş verib.

Çayda balıq tutan 2 nəfər suda boğulub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları və boğulanların şəxsiyyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR