Saatlıda itkin düşən yeniyetmə tapılıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Məlumata görə, itkin düşən yetiyetmə - Saatlı şəhər sakini, 2007-ci il təvəllüdlü Əliyev Sərvan Mehman oğlunun səhhətində heç bir problem yoxdur.
***
22.58
Saatlıda 15 yaşlı yeniyetmə itkin düşüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Saatlı şəhər sakini, 2007-ci il təvəllüdlü Əliyev Sərvan Mehman oğlu saat 17:00 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Onun əynində idman paltarı və idman ayaqqabısı olub.
Həmin şəxsi görənlərdən xahiş olunur ki, aşağıdakı nömrələrə zəng etsinlər:
0212852178 (Saatlı Polis Şöbəsi ), 050 776 44 61 (Mehman Əliyev)