Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vurub
# 03 fevral 2023 21:09 (UTC +04:00)

Sabirabad rayonunun Qaragüney kəndində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad sakini Firudin Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə rayonun Qaragüney kənd sakini İmanov Tahir Qurban oğlunu vurub.

Piyada müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR