Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb - FOTO - YENİLƏNİB - VİDEO

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 25 iyul 2022 09:17 (UTC +04:00)

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan sürücülərin adı məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında baş verən qəzada “Toyota” markalı avtomobilin sürücüsü - Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimov hadisə yerində dünyasını dəyişib.

“Mercedes” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlu isə xəsarət alıb.

Avtoqəzanın baş verməsinə sürcülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

***

Saat 07:53

Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobillə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb.

Digər sürücü Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR