Sabunçuda fabrikdən 24 min manatlıq mühərrik yağı oğurlanıb

Sabunçuda fabrikdən 24 min manatlıq mühərrik yağı oğurlanıb
# 20 yanvar 2023 10:50 (UTC +04:00)

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fabrikin anbarından 24 min manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR