Sahibsiz it Şəki sakininə hücum edib

Sahibsiz it Şəki sakininə hücum edib
# 09 fevral 2023 17:33 (UTC +04:00)

Şəkidə sahibsiz it 57 yaşlı kişiyə hücum edib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamova yaşadığı kəndin ərazisində sahibsiz it hücum edərək onun sol aşağı ətrafının bud nahiyəsinə xəsarət yetirib.

Laçın Adamov Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR