Salyan sakini keçmiş kürəkənini qətlə yetirib

Salyan sakini keçmiş kürəkənini qətlə yetirib
# 26 aprel 2022 02:53 (UTC +04:00)

Salyanda 37 yaşlı şəxs qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib.

M.Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan Rayon Prokuroluğunda cinyət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR