Şamaxıda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Şamaxıda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
  • Clock-gray 19:29
  • calendar-gray 23 Oktyabr 2019

Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində yolun rayonun Sabir kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı 10 UD 945 dövlət nömrə nişanlı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər

Arxiv

date