Şamaxıda maşın aşıb, sürücü xəsarət alıb

Şamaxıda maşın aşıb, sürücü xəsarət alıb
# 17 mart 2023 08:54 (UTC +04:00)

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

İdarəetməni itirən avtomobil aşıb.

Qəza nəticəsində Şəki sakini 1984-cu il təvəllüdlü Əliyev Pənah Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxsin vəziyyəti normaldır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR