Şamaxıda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO

Şamaxıda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO
# 19 sentyabr 2019 11:53 (UTC +04:00)

Şamaxıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb. “Kamaz” markalı, 10-HN-195 dövlət nömrə nişanlı yük avtomobili "VAZ 21014" markalı, 56-BG-964 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə 1993-cü il təvəllüdlü Sayilzadə Sayil Əliosman oğlu və adı hələ məlum olmayan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR