Samur-Abşeron kanalından kişi meyiti tapılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyit kanalın Qubanın Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyiti tapılan şəxsin Paşaoba kənd sakini, 55 yaşlı Güloğlan Məmmədrzayev olduğu məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.