Samuxda minik maşını abidəyə çırpılıb, xəsarət alanlar var

Samuxda minik maşını abidəyə çırpılıb, xəsarət alanlar var
# 01 iyun 2023 08:18 (UTC +04:00)

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürsunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməmi itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı abidəyə çırpılıb.

Qəza zamanı 1993-cu il təvəllüdlü Fuad Huseynov və 1981-cü il təvəllüldü Gülüzadə Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR