Samuxda narkotik yetişdirən şəxs saxlanılıb

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb
# 30 iyul 2022 08:20 (UTC +04:00)

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elşən Əsədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə olması müəyyən edilib.

Əraziyə baxış zamanı oradan ümumi çəkisi 10 kiloqramdan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR