Samuxda partlayış olub, xəsarət alanlar var

Samuxda partlayış olub, xəsarət alanlar var
# 01 oktyabr 2019 15:07 (UTC +04:00)

Samuxda qaz balonunun partlaması nəticəsində iki nəfər yanıq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Şahbaz İlyas oğlu Abbasov qaz balonunu düzəldən zaman partlayış baş verib. Nəticədə onun bütün bədəni yanıb. Ş. Abbasovun qardaşının həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı isə yuxarı ətrafın yanığı xəsarətini alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ş. Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR