Samuxda zəlzələ olub

Samuxda zəlzələ olub
# 06 dekabr 2022 22:38 (UTC +04:00)

Samuxda zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə qeydə alınıb.

Yerli vaxtla saat 20:13-də qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,1-ə bərabər olan zəlzələ hiss edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR