Şəkidə leysan ciddi fəsadlar törədib - VİDEO

Şəkidə leysan ciddi fəsadlar törədib - VİDEO
# 25 may 2022 08:24 (UTC +04:00)

Şəkidə leysan çayın daşmasına səbəb olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 24-i axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür, fasilələlərlə yağış yağır. Bəzi ərazilərdə isə yağış leysan xarekterli olub.

Mayın 25-i gecə saatlarında Şəki rayonun Cəfərabad kənd inzibati ərazisinin yaxınlıqlarına yağan leysan yağışları səbəbindən ərazidən keçən Böyük Dəhnə çayında daşğın baş verib. Daşqın nəticəsində çayın Cəfərabad kəndi ərazisindən keçən hissəsinin yaxınlığında yerləşən 5 evin həyatyanı sahəsinə və həyətdə olan köməkçi tikililərə sel suları dolub. Daha iki yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub. Səhər saatlarından müvafiq qurumların nümayəndələri əraziyə cəlb edilib. Mülki Müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırır.

Cəfərabad kənd icra nümayəndəliyindən APA-ya verilən məlumata görə, Böyük Dəhnə çayının daşması nəticəsində bir-neçə evin həyətyanı sahəsinə sel suları dolsa da, kənin elektrik və qaz təchizatında fasilə yaranmayıb. Rabitə xətlərinə ziyanlıq dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR