Şəkidə meşədə meyit tapılıb

Şəkidə meşədə meyit tapılıb
# 23 may 2022 14:02 (UTC +04:00)

Şəkidə meşəlik ərazidə kişi meyiti aşkar edilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Öyrət kəndi yaxınlığındakı meşəlik ərazidə qeydə alınıb. Meyitin ağacdan asılı vəziyyətdə aşkarlandığı bildirilir. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı ilkin araşdırma zamanı meyiti tapılan şəxsin Öyrət kənd sakini 1994-cü il təvəllüdlü Cavad İsa oğlu Şəhmirov olduğu məlum olub.

28 yaşlı C. Şəhmirovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR